Bakı. Trend:
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən 22 min 93 nəfər vakansiya seçimində iştirak etmək hüququ əldə edib. Müsabiqəyə 10 min 592 vakant yer təqdim olunub.
Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinin yekunları ilə bağlı jurnalistlərə müsahibəsində söyləyib.
O bildirib ki, iyulun 26-28-də keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçimində 39 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
"Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir", agentlik rəsmisi əlavə edib.