Bakı. Trend:
30 ildən sonra doğma yurdumuza, öz torpağımıza qovuşduğumuz üçün çox sevinirəm.
Bunu Trend-ə açıqlamasında Şuşa sakni Mübariz Məmmədov deyib.
"Allah torpaqlarımızın azad edilməsi uğrunda can verən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk. Onların sayəsində biz bu gün sevincliyik və öz yurdumuza qayıdırıq", - deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.