Bakı. Trend:
2024-cü ilin yanvar-sentyabr ayları ərzində 79 969 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, müavinət ödənişləri 37 444 nəfər qız, 42 525 nəfər oğlan uşağına görə aparılıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində 51 497 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.