Bakı. Trend:
Badamdar qəsəbəsi, Nurəddin Paşayev küşəsində paylayıcı su borusunda qəza baş verib.
Bu barədə Trend-ə İri Şəhərlərin Burləşmiş Su Təchizatı Xidməti Mətbuat xidmətindən məlumat verilib.
“Bu səbəbdən suyun həmin əraziyə verilişində müvəqqəti fasilə yaranıb. Xidmətin əməkdaşları qəzanın aradan qaldırılması işlərini görürlər. Qısa zaman ərzində suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.”, - deyə qurumdan bildirilib.