Bakı. Trend:
Martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0 dərəcədən -3 dərəcəyədək, gündüz +2 dərəcədn +6 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 65-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə -2 dərəcədən -6 dərəcəyədək, gündüz +5 dərəcədən +9 dərəcəyədək, dağlarda gecə -9 dərəcədən -14 dərəcəyədək, yüksək dağlıq ərazilərdə gecə -14 dərəcədən -19 dərəcəyədək, gündüz 0 dərəcədənn-5 dərəcəyədək olacaq.
Bəzi yollar buz bağlayacaq.