Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aartın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 33 avtomat silahı, 12 tapança, 173 qumbara, 7 alışdırıcı, 8 tüfəng, 14 qumbaraatan, 63 partlayıcı sursat, 226 süngü bıçaq, 93 mərmi, 289 patron darağı və 19213 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.