...

Mingəçevirdə 53 yaşlı kişinin meyiti tapılıb

Cəmiyyət Materials 24 Mart 2025 00:29 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevirdə 53 yaşlı kişi meyiti aşkar edilib.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə hadisə şəhərin Borçalı bağ massivi adlanan ərazidə baş verib.

Məlum olub ki tapılan kişi meyiti əslən Tovuz rayonu Aşağı Ayıblı kəndindən olan və Mingəçevir şəhəri M.Müşfiq küçəsi ev 11/19 mənzil 30-da yaşayan 1972-ci il təvəllüdlü Yusifov Mehman Vəli oğluna məxsusdur.

Ölü vəziyyətdə tapılan M.Yusifovun üzərində heç bir zorakılıq əlaməti olmadığı bildirilir. Ölümün səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti