Bakı. Trend:
Martda 194 mindən çox şəxsə pensiya və müavinət ödənilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin mart ayında ailə başçısını itirməyə görə 194 mindən çox şəxsə pensiya və müavinət ödənilib.
"Onlardan 136 900 nəfərdən çoxu pensiya, 57 100 nəfərdən çoxu isə müavinət alıb", - deyə məlumatda qeyd edilib.