...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 24 Aprel 2025 12:42 (UTC +04:00)
Sabahın hava PROQNOZU
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısamüddətə tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +12 dərəcədən +16 dərəcəyədək, gündüz +21 dərəcədən +26 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +13 dərəcədən +17 dərəcəyədək, gündüz +22 dərəcədən +27 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +15 dərəcədən +20 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti