...

Azərbaycan və Özbəkistan media qurumları informasiya və kommunikasiya sahəsində əməkdaşlığı müzakirə ediblər (FOTO)

Cəmiyyət Materials 26 May 2025 12:00 (UTC +04:00)
Azərbaycan və Özbəkistan media qurumları informasiya və kommunikasiya sahəsində əməkdaşlığı müzakirə ediblər (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 26-da Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfər çərçivəsində Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin nümayəndələri ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin birinci direktor müavini Dilşod Saidjanov arasında görüş keçirilib.

Medianın İnkişafı Agentliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı nümayəndə heyətinə qurumun informasiya siyasəti, dövlət qurumları ilə media arasında əlaqələrin təşkili, rəqəmsal kommunikasiya strategiyaları və sözügedən sahədə həyata keçirilən islahatlar haqqında geniş təqdimat edilib, təcrübə mübadiləsi aparılıb, media sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.

Qeyd edilib ki, informasiya və kommunikasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, media sahəsində institusional inkişafın dəstəklənməsi və müasir kommunikasiya çağırışlarına birgə cavab verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti