...

MAGİSTRATURAYA QƏBUL İMTAHANLARININ BİRİNCİ MƏRHƏLƏSİ İYULUN 2-DƏ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 28 İyun 2005 17:29

Trend-i buradan izləyin

Magistraturaya sənədlərin qəbulu başa çatıb. Tələbə qəbulu üzrə Dövlət Komisiyasından (TQDK) Trend ə verilən məlumata görə, ərizələrin qəbulu üzrə komissiyadan verilən məlumata görə, daxil olmuş ərizələrin 70% -i bu ilin məzunları tərəfindən təqdim olunub.

Həmçinin o da məlum olub ki, Azərbaycan sektorunun bakalavrlarının 70% -i xarici dil kimi rus dilini seçiblər. Ötən illə müqayisədə təqdim olunmuş ərizələrin sayı iki dəfə artıb.

İmtahanların ikinci mərhələsinin qaydaları "Magistr" jurnalının üçüncü nömrəsində dərc olunacaq. Burada həmçinin imtahan sualları və ixtisaslar üzrə mövzular da çap olunacaq.

İyunun 30-dan bütün sənədlərini vermiş bakalavrlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından "İmtahana buraxılış", "Bakalavr vəsiqəsi" və yaddaş kitabçasını ala bilərlər. TQDK-dan verilən məlumata görə, magistraturaya qəbul üzrə imtahanın birinci mərhələsi iyulun 2-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti