...

AZƏRBAYCAN ŞAHMATÇILARI İSPANİYADA QROSSMEYSTER BALLARINI YERİNƏ YETİRİB

Cəmiyyət Materials 18 İyul 2005 17:26 (UTC +04:00)

Azərbaycan şahmatçıları İspaniyada başa çatan böyük beynəlxalq turnirdə qrossmeyster normasını yerinə yetirib. Trend agentliyi bildirir ki, müsabiqənin yekunlarına görə on mümkün xaldan səkkiz xal toplayan Rəşad Babayev yekun protokolda üçüncü və beşinci yerləri bölüşdürüb.

Birinci onluğa Avropa birinciliyinin qalibi Nicat Məmmədov da düşüb.Onun aktivində 7,5 xal vardır.Bununla həmin qrossmeyster balı bizim idmançılarımız üçün hesabla artıq ikincidir və onlar bu adı almaq üçün daha bir bal yerinə yetirməlidir.

Yarışda müxtəlif ölkələrdən təxminən üç yüz idman ustası çıxış edib.

Eyni zamanda R.Babayev və N.Məmmədov Pireney yarımadasında qalıb. Bu günlərdə orada daha bir böyük yarış başlayıb və onlar həmin yarışda iştirak edir.

Xəbər lenti

Xəbər lenti