...

AZƏRBAYCANLI TAEKVONDOÇULAR KOREYADAKI AÇIQ ÇEMPİONATDA ÇIXIŞLARA BAŞLAYIBLAR

Cəmiyyət Materials 7 Sentyabr 2005 18:47 (UTC +04:00)

Azərbaycanın taekvondo üzrə komandası sentyabrın 7-də Seulda start götürən Koreya Açıq çempionatında öz çıxışlarına başlayıblar.

Trend in məlumatına görə, kollektivin tərkibinə Olimpiya oyunlarının iştirakçısı Rəşad Əhmədov (78 kq), dünya çempionatının mükafatçısı Zahid Məmmədov (54 kq), Avropa Birinciliyi medalçısı Elnur Amanov (58 kq), İlkin Şahbazov (62 kq), Fuad Nuriyev (67 kq), Fəğan Umudov (72 kq), Şahrun Yusifov (47 kq), Arzu Bağırova (51 kq), Aynur Məmmədova (55 kq) və Günay Ağakişiyeva (59 kq) da daxil olmaqla ən tanınmış atletlər daxildir. Komandada yalnız 2001-ci il Dünya Çempionatının qalibi Niyaəməddin Paşayev iştirak etmir. Buna səbəb, onun aldığı zədədən sonra reabilitasiya kursu keçməsidir.

Xəbər lenti

Xəbər lenti