...

BMT AZƏRBAYCANDA DİNİ SEKTALARIN FƏALİYYƏTİ NƏTİCƏSİNDƏ PSİXOLOJİ ZƏDƏ ALMIŞ ŞƏXSLƏRİN REABİLİTASİYASI PROQRAMINI REALLAŞDIRIR

Cəmiyyət Materials 12 Sentyabr 2005 14:24 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda dini sektaların fəaliyyəindən psixoloji zədə almış şəxslərin bərpası layihəsini həyata keçirir. Trend in məlumatına görə, bu barədə jurnalistlərə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti məlumat verib.

Onun sözlərinə görə, onda ölkədə fəaliyyət göstərən dini sektaların fəaliyyətindən müxtəlif psixoloji zədələr almış və yardıma ehtiyacı olan şəxslərin mövcudluğu barədə məlumatlar var. BMT-nin Azərbaycandakı nümayəndəsi bildirib ki, artıq bü məqsəddlə Heyədr Əliyev Fondunun və Azərbaycanın dini strukturları ilə iş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə belə layihənin reallaşdırılması üzrə müvafiq məsləhətləşmələr aparılır. BMT-nin nümayəndəsi bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycana bu problemin həlli ilə bağlı yardım göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti