Vatikan Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Trend bildirir ki, sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadə ilə görüşdə Vatikan nümayəndəsi kardinal Kresçensio Sepe bu barədə bəyan edib.
Onun sözlərinə görə, Azərbaycana səfərində o, "dostluq, qardaşlıq və səbr" mühiti görüb. "Biz Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək arzusundayıq.Mənim səfərim isə, Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycanla tamdır"-deyə kardinal bəyan edib.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, xüsusilə "dostluq və qardaşlıq dialoqu yolu ilə regionda sülh və sabitliyə nail olunması" üçün bir çox işlər görülməlidir.O, əmin olduğunu bildirib ki, Azərbaycanda katolik kilsəsinin fəaliyyəti bu məqsədə xidmət edəcək.
"Katolik kilsəsi həmişə sülh və sabitlik, eləcə də bütün dünyada səbr, dözüm tərəfdarıdır"-deyə QMİ sədri hacı Allahşükür Paşazadə görüşdə bəyan edib.
O, Roma katolik kilsəsinin keçmiş başçısı II İohan Pavelin Azərbaycana səfərini xatırladaraq onun Dağlıq Qarabağ problemi üzrə sülhpərvər mövqeyini xüsusi qeyd edib və katoliklərin hazırkı başçısı XII Benediktin də həmin siyasəti dəstəklədiyini məmnunluqla bildirib.
Görüşdə iştirak edən müxtəlif dini konfensiyaların başçıları bəyan edib ki, Azərbaycan həmişə müxtəlif dini konfensiyaların mehriban qonşuluq etdiyi dövlətin dözüm prinsiplərinə sadiq olub və belə olaraq da qalacaq.Bakı və Xəzəryanı eparxiyanın başçısı Aleksandr atanın fikrincə, səbr boş yerdə yox, Azərbaycan xalqının və dövlət rəhbərliyinin müsbət xarakter keyfiyyəti olaraq yaranır.