...

Azərbaycan şahmatçıları tay-breykin birinci partiyasında qalib gəlib

Cəmiyyət Materials 2 Dekabr 2005 16:14 (UTC +04:00)

Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə dünya çempionatında tay-breykin birinci partiyasında qalib gəlib.

Trend in xəbər verdiyi kimi, T.Rəcəbov qazaxıstanlı M.Kajqaleyevə qarşı parlaq oyun nümayiş etdirərək 29-cu gedişdə onu məğlub edib. Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov isə rusiyalı Y.Nayer üzərində parlaq qələbə qazanıb.

Bir müdddətdən sonra ikinci partiyalara start veriləcək. Mübarizəni 1/16 finalda davam etdirmək üçün şahmatçılarımıza bu partiyaları heç-heçə ilə də başa vurmaq kifayətdir.

Xəbər lenti

Xəbər lenti