...

Şahin Diniyev: Mənim Məşqçilər Şurasını ləğv etməyim barədə yayılan söhbətlər həqiqətə uyğun deyil

Cəmiyyət Materials 28 Dekabr 2005 12:49 (UTC +04:00)

"Mənim Məşqçilər Şurasını ləğv etməyim barədə yayılan söhbətlər həqiqətə uyğun deyil". Bu barədə Trend ə Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Şahin Diniyev onun həmin orqanı ləğv etməyi barədə yayılan məlumatı şərh edərkən bəyan edib.

Mütəxəssisin fikrincə, bu və ya digər məsələlərin müzakirəsi üçün bəzi məşqçiləri rayonlardan Bakıya çağırmaq etik qaydalara sığmır. "Mənim onların yanına getməyim daha yaxşıdır və düşünürəm ki, "tet-a-tet" dialoq çox fayda verər" -deyə Ş.Diniyev öz qənaətini bildirib.

O, həm də etiraf edib ki, artıq Vaqif Sadıqov, "Neftçi"dən Ağasəlim Mircavadov, "Bakı"dan Əsgər Abdullayev, "Gənclərbirliyi"nin məşqçisi Əfqan Talıbov və "İnter"ə məşqçilik edən Anatoli Konkovla dialoq aparılıb. "Çox konstruktiv söhbət alınıb və məni qane edib. Mənim klub həmkarlarım yığmaya kömək etməyə hazır olduqlarını bildiriblər" -deyə Ş.Diniyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti