...

Ölkənin futbol çempionatının reqlamentində qış fasiləsi zamanı dəyişiklik baş verməyəcək

Cəmiyyət Materials 28 Dekabr 2005 16:16 (UTC +04:00)

Azərbaycanın futbol çempionatının reqlamentində qış fasiləsi zamanı dəyişiklik baş verməyəcək.

Trend bildirir ki, bu yaxınlarda AFFA prezidenti Ramiz Mirzəyev klublar tərəfindən dəvət olunmuş xaricilərin legioner hesab edilməsini təklif edib, amma onun təşəbbüsü hələlik çempionatın reqlamentində öz əksini tapmayıb. Hazırda ölkə çempionatında legionerlərin beş futbolçuya bərabər olan limiti mövcuddur. Amma R.Mirzəyev gələcəkdə bu limiti üç xariciyədək azaldaraq mövcud vəziyyəti dəyişmək niyyətindədir.

Amma, hər halda, həmin məsələyə İcra komitəsində baxılacaq və müsbət nəticə əldə olunarsa mümkün dəyişikliklər növbəti mövsümdə yarışların keçirilməsi sxemində öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti