Azərbaycanda sahil xətlərindən qanunsuz qum daşınmasına görə cərimənin məbləği artırıla bilər. Trend in xəbər verdiyi kimi, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.
Onun sözlərinə görə, bu məsələnin yenidən öyrənilməsi məqsədilə nazirliyin hüquq şöbəsinə sərəncamlar veriləcək.
Nazir hesab edir ki, qumdan qanunsuz istifadə faktlarının aradan qaldırılması daha çox bələdiyyə orqanlarından asılıdır.
"Bələdiyyələr bu faktların aradan qaldırılmasında maraqlı olmalıdır. Nazirliyin Azərbaycan üzrə 160-170 nəfər müfəttişi var və bu səbəbdən də bütün fəaliyyətə nəzarət etmək qeyri-mümkündür", - deyə o qeyd edib.