...

Veyk-An-Zeye turnirinin birinci turunda Şəhriyar Məmmədyarov Etyen Bakro ilə oynayacaq

Cəmiyyət Materials 14 Yanvar 2006 14:06 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Veyk-An-Zeye turnirində ilk matçı Etyen Bakroya qarşı keçirəcək.

Trend ə məlum olduğuna görə, püşkatmanın yekunları üzrə yanvarın 14-də dünya birinciliyinin qalibi yarışa məhz Fransadan olan rəqibinə qarşı başlayacaq. Və E.Bakronun reytinqinə görə Şəhriyarı qabaqlamasına baxmayaraq, azərbaycaqlı şahmatçı ən azı uduzmayacaq və yarışa yaxşı əhval-ruhiyyədə başlayacaq.

Birinci tur çərçivəsində həmçinin, Lyuk van Veli - İvan Sokolov, Sergey Tivyakov - Maykl Adams, Veselin Topalov - Qata Kamski, Boris Gelfand - Peter Leko, Sergey Karyakin - Vişvanatan Anand, Levon Aronyan - Sergey İvançuk oynayacaqlar. Turnir yanvarın 29 -na kimi davam edəcək. Bu müddətdə

3 istirahət günü (18, 23 və 26 yanvar) planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti