...

Abbas Abbasov: Tezliklə Azərbaycanın baytarlıq idarələrinin binalarında təmir işlərinə başlanılacaq

Cəmiyyət Materials 17 Fevral 2006 15:54 (UTC +04:00)

Azərbaycan hökuməti respublikanın baytarlıq idarələrinin ğinalarının təmiri üzrə işlərə başlamağı planlaşdırır. Trend in məlumatına görə, bu barədə fevralın 17-də Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasov jurnalistlərlə söhbətində bəyan edib.

"Baytarlıq idarələrinin böyük bir hissəsinin təmirə ehtiyacı var və biz bü məsələ üzərində ciddi fikirləşirik", - deyə A.Abbasov bildirib.

Bununla yanaşı, baş nazirin birinci müavini gigiyenik normalara riayət etməyə çağırıb. "Quş qripi ilə bağlı vəziyyəti dramatikləşdirmək lazım deyil. "Quş qripi" min illərlə mövcud olub. Yalnız xəstəliyin profilaktikası məqsədilə dövlətlə cəmiyyətin səylərini birləşdirmək zəruridir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti