...

Nazim İbrahimov: "Azərbaycan diasporu Xocalı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması işinə fəal qoşulub"

Cəmiyyət Materials 25 Fevral 2006 14:18 (UTC +04:00)

"Xocalı soyqırımının 14-cü ildönümü bütün dünyada Azərbaycan diaspor təşkilatları tərəfindən geniş şəkildə qeyd edilir. Çünki Xocalı hadisələri XX əsrin ən böyük faciəsidir. Müasir dövrdə belə faciələrin sayı çox deyil". Trend Space telekanalına istinadən məlumat verir ki, bu fikirləri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov fevralın 25-də jurnalistlərə açıqlamasında bildirib.

Fevralın 25-də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsini ziyarət edərkən açıqlama verən N.İbrahimov bildirib ki, soyqırım məsələsi artıq dünya miqyasında da gündəmə gəlir: "Bizim məqsədimiz ermənilərin uzun illərdir apardığı təbliğatın yalan olduğunu, Xocalıda necə dəhşətli qırğın törədildiyini diasporumuz vasitəsilə bütün dünya ictimaiyyətinə çatdırmaqdır. Son dövrlərdə diaspor təşkilatlarımız bu işə fəal şəkildə qoşulub. Türkiyə parlamentində Xocalı soyqrımının gündəmə gətiriləcəyi barədə bir neçə il əvvəl irəli sürülən fikirlərə o vaxt heç kəs inanmırdı, amma artıq bu ideya reallaşdı. Başqa ölkələrdə də Xocalı hadisələrinin ildönümü qeyd olunur"-deyə Komitə sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti