...

Zaur Tağızadə mövsümün sonunadək "Neftçi"də oynamayacaq

Cəmiyyət Materials 2 Mart 2006 13:18 (UTC +04:00)

"Neftçi" futbol klubu mövsümün sonunadək aparıcı yarımmüdafiəçi Zaur Tağızadəni itirib.

Komandanın baş məşqçisi Ağasəlim Mircavadovun Trend ə verdiyi məlumata görə, bir neçə gün əvvəl Almaniyada futbolçunun bir ayağında cərrahiyyə əməliyyatı aparılıb və ikinci ay ağının da əməliyyat olunması üçün hazırlıq görülür. "Mən hər gün Zaurla zəngləşirəm və onun müalicəsi ilə bağlı hər bir şeydən xəbərdaram. Əgər hər şey plan üzrə getsə, o zaman futbolçu aprelə sağalar", - deyə məşqçi bildirib.A.Mircavadovun sözlərinə görə, Z.Tağızadənin bu mövsüm qayıtması o qədər də ehtimal olunmur, belə ki, o, əməliyyatdan sonra reabilitasiya kursu keçməlidir.

Xatırladaq kit, çempionatın 1-ci dövrəsində zədələnmiş futbolçu Moskvada keçirilmiş Birlik Kubokunda komandaya kömək edə bilməyib.

Xəbər lenti

Xəbər lenti