Azərbaycanın qadınlardan ibarət yığması Ankarada keçirilən Konfederasiya Kubokunda öz mövqeyini bir qədər yaxşılaşdırıb.
Trend in verdiyi məlumata görə, idmançılarımız 3-cü tur çərçivəsində Botsvanaya 2:0 hesabı ilə qalib gəliblər. Hesabı Sevil Əliyeva açıb. Ondan sonra isə Elina Həsənova komandaya daha bir xal qazandırıb. Yığmanın lideri iki torda Pulenq Tlxofane üzərində qələbə çalıb və Türkiyədə kollektivin ilk qələbəsini rəsmiləşdirib.
Xatırladaq ki, Tatyana Abdulhakovanın yetirmələrinin yarımqrupda rəqibləri Misir, Namibiya, Bosniya və Lixtenşteyndir. Dörd oynanılan turdan sonra hələlik liderliyi heç bir məğlubiyyətə uğramayan misirlilər liderlik edir.