...

Azərbaycanın basketbol Federasiyası yığmanın kapitanını geri qaytarıb

Cəmiyyət Materials 3 May 2006 13:26 (UTC +04:00)

Azərbaycanın kişilər arasında yığma basketbol komandasının kapitanı idmançı statusuna uyğun olmayan hərəkətlərinə görə Milli Federasiya (ABF) tərəfindən iki mövsüm idman yarışlarında iştirakdan məhrum edilən Tahir Baxşiyev mayın sonlarında Albaniyada başlayacaq "İnkişaf Kuboku"nda iştirak etmək hüququ qazanıb.

ABF-nın mətbuat xidmətinin rəhbəri Ramin Kəsəmənskinin Trend ə verdiyi məlumata görə, təşkilatın rəyasət heyəti kollektivin ümumi toplantısının komandanın kapitanının qarşıdakı yarışda iştirak etməsilə bağlı xahişinə baxıb.

T.Baxşəliyevin öz günahını tam etiraf etməsini və onun İslam oyunlarında yığmanın qələbə çalmasında göstərdiyi xidmətləri nəzərə alaraq Rəyasət Heyətinin üzvləri böyük səs çoxluğu ilə baş məşqçi Rimas Kurtinaytisin onun Albaniyaya səfər edəcək namizədlərin siyahısına daxil etmək barədə təklifini qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti