...

Tbilisidə bal rəqsləri üzrə beynəlxalq turnir start götürüb

Cəmiyyət Materials 12 May 2006 16:35 (UTC +04:00)

Bu gün Tbilisidə Azərbaycanın 8 rəqs cütlüyü və qrupunun da iştirak etdiyi bal rəqsləri üzrə beynəlxalq turnir start götürüb. Trend in xüsusi müxbirinin verdiyi məlumata görə, müsabiqənin təşkilatçısı "Qafqaz kuboku", "Tela" studiyasının rəhbəri Tengiz Qaçeçiladzedir. Tbilisiyə Rusiya, Ukrayna, İsrail, Türkiyə və Ermənistandan da nümayəndələr gəlib.

Azərbaycanlı rəqqaslardan ən perspektivliləri Eldar Cəfərov - Anna Sajina cütlüyü hesab edilir. Cütlük İtaliyada məşq edir.

Beynəlxalq turnir artıq 11-ci dəfədir ki, keçirilir. Kubok isə hələlik həmişə Gürcüstanda qalır. Azərbaycan komandasından Trend in müxbirinə bildiriblər ki, onlar kubokun Bakıya gətiriləcəyinə ümid edirlər.

Müsabiqə 3 gün davam edəcək. Gütlüklər və ansambllar Avropa və latın rəqsləri ifa edəcəklər. Müsabiqədə ilk dəfə gürcü xalq rəqsləri proqramı bal üslubunda təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti