...

Azərbaycan qan bankı ehtiyatlarını artırmaq niyyətindədir

Cəmiyyət Materials 13 İyun 2006 15:23 (UTC +04:00)

Azərbaycanda qan bankı ehtiyatı 3 dəfə artırılacaq. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 13-də Azərbaycan Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov məlumat verib. Mövcud ehtiyatlar donor qanına tələbatı qismən ödəyir.

Xaricdən donor qanının alınmasına gəlincə, Ç.Əsədov qeyd edib ki, Səhiyyə Nazirliyi bu məsələni nəzərdən keçirmir. "Ancaq fövqəladə hallar, məsələn, hərbi əməliyyatlar zamanı qanı humanitar və beynəlxalq təşkilatların xətti ilə almaq mümkün olacaq", - deyə o əlavə edib. Azərbaycanda qan köçürmə üçün kifayət qədər materiallar var.

Xəbər lenti

Xəbər lenti