...

Sentyabr ayında Kanadada Azərbaycan günləri keçiriləcək

Cəmiyyət Materials 3 İyul 2006 11:00 (UTC +04:00)

Bu ilin sentyabr ayında Kanadada Azərbaycan günlərinin keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Kanada-Azərbaycan Alyansının nümayəndəsi, Torontoda yaşayan azərbaycanlı bəstəkar Adil Bəbirov məlumat verib.

O bildirib ki, bu tədbirin təşkilatçılığına Azərbaycanın Kanadadakı səfirliyi də köməklik göstərəcək. Artıq tədbirin proqramı da tərtib olunub. Proqrama görə, Azərbaycan günləri 3 gün Monreal şəhərində, 3 gün Toronto şəhərində, 1 gün isə paytaxt Ottavada təşkil olunacaq.

Adil Bəbirov bildirib ki, Kanada-Azərbaycan Alyansı bundan əvvəl Ottavada Ermənistanın səfirliyi qarşısında piket keçirib. Onun sözlərinə görə, Kanadada yaşayan azərbaycanlılar hər il Azərbaycanla bağlı olan əlamətdar günləri, soyqırım və işğal tarixlərini qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti