...

"Qarabağ" futbol klubu "Zimbru" klubunun oyununu diqqətlə öyrənir

Cəmiyyət Materials 11 İyul 2006 15:01 (UTC +04:00)

"Qarabağ" futbolçuları UEFA Kuboku çərçivəsində iyulun 13-də Kişinyovda keçiriləcək komandaların ilk görüşü ərəfəsində Kişinyovun "Zimbru" komandasının oyununu diqqətlə öyrənir.

Trend in klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, ağdamlılar artıq Moldovaya gəlib və stadionda məşq ediblər. Bu zaman kollektivin baş məşqçisi Böyükağa Ağayev Moldova çempionatının oyununu şəxsən görmək üçün Kişinyova bir qədər əvvəl gedib. Bu oyunda "Zimbru" "Daçiya" ilə oynayıb. Qarşılaşma heç-heçə ilə başa çatıb və məşqçiyə yaxşı düşünmək üçün şərait yaradıb. Ehtimal olunur ki, "Qarabağ" moldavanların zəif və güclü tərəflərini aşkar etmək, həmçinin daha təhlükəli futbolçuları tanımaq üçün rəqibin oyununu təhlil edir.

Qeyd etmək lazımdır ki, ağdamlılar təlim-məşq hazırlıqları və bir neçə sınaq görüşləri keçirdikləri Türkiyədən birbaşa Kişinyova gəliblər.

Xəbər lenti

Xəbər lenti