...

Siyavuş Kərimi: "Rasim Ocaqov böyük bir enerji mənbəyi idi"

Cəmiyyət Materials 12 İyul 2006 14:51 (UTC +04:00)

"Rasim Ocaqov Azərbaycan kinematoqrafiyasında çox populyaar və dəyərli əsərlər yaratmış görkəmli kinorejissor idi. Onun əsərləri yetişməkdə olan gənc nəsil üçün dərslik olacaq". Bu fikirləri "Trendə" açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi bildirib.

O qeyd edib ki, R.Ocaqov kimi görkəmli sənətkarların Azərbaycan incəsənətində hər zaman yeri görünəcək. "Mən R.Ocaqovun daxili düünyası ilə tanış idim. Onu yaxından tanıyan insanlar üçün bu itki, əlbəttə ki, bir boşluq yaradacaq, amma yenə də bu, həyatın qanunudur. Biz itirə-itirə yaşayırıq. R.Ocaqov özünə qarşı çox tələbkar bir insan idi. Təsadüfi deyil ki, onun yaratdığı əsərlər hələ SSRİ dövrüündə dövlət müükafatlarına layiq görülmüşdü. Mən hesab edirəm ki, Rasim müəllimin hələ yaratmaq üçün böyük potensialı var idi. R.Ocaqov böyük bir enerji mənbəyi idi. Yəni onun fiziki cəhətdən cılız olmasına baxmayaraq, daxilində elə böyük bir potensial var idi ki, əgər səhhəti imkan versəydi, o bundan sonra da çoxlu dəyərli əsərlər yarada bilərdi".

Xəbər lenti

Xəbər lenti