...

Serbiya yığmasının futbol üzrə ilk rəsmi oyunu Azərbaycanla olacaq

Cəmiyyət Materials 13 İyul 2006 16:14 (UTC +04:00)

UEFA-da çıxış edən Serbiya yığmasının Avropa-2008 çempionatının seçim turnirinin ilk mərhələsi çərçivəsində futbol üzrə ilk rəsmi oyunu Azərbaycanla olacaq.

Trend in verdiyi xəbərə görə, UEFA-nın Berlindəki İcra komitəsinin iclasında Serbiya Futbol assosiasiyası (SFA) Serbiya və Çernoqoriya Futbol assosiasiyasının (SÇFA) rəsmi davamçısı olub. İndi Çernoqoriya Futbol assosiasiyası (ÇFA) FİFA və UEFA -ya daxil olmaqda iddialıdır, SFA isə təşkilatın prezidenti Zvezdan Terziçin rəhbərliyi altında Avropa -2008-in təsnifatında iştirak edəcək.

Serbiya yığması ilk dostluq oyununu avqustun 16-da çexlərə qarşı oynayacaq. Sentyabrın 2-si isə Avropa-2008-in seçim dövründə Belqradda Azərbaycanla qarşılaşacaq.

Xatırladaq ki, bu il mayın 21-də çernoqoriyalıların əksəriyyəti öz ölkəsinin müstəqilliyi uğrunda referendumda öz fikrini bildirib. Bundan sonra həm Serbiya, həm də Çernoqoriyanın şəxsi futbol assosiasiyaları var.

Xəbər lenti

Xəbər lenti