...

MQİBİ-nin keçmiş yüksək rütbəli əməkdaşları azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 20 İyul 2006 16:34 (UTC +04:00)

Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Məhkəməsinin çıxardığı hökmlə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) 8 sabiq əməkdaşı müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Bu barədə Trend ə məhkəmə iclasına sədrlik edən hakim Azər Cəfərov məlumat verib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, MQİBİ Müalicə Müəssisəsinin sabiq rəisi Nizami Nağıyev, 7 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Salman Nəcəfov və idarənin digər səlahiyyətli əməkdaşları olmuş Səlahəddin Şirinov, Yadigar Quliyev, Xəqani Nəbiyev, Elşad Quliyev, Vəli Vəliyev cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumları saxta sənədlər tərtib etmək yolu ilə vaxtından əvvəl azadlığa buraxıblar. Təqsirləndirilən şəxslərə qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamlar məhkəmədə şahid ifadələri və işdə olan digər dəlillərlə tam sübuta yetirilib.

MQİBİ Müalicə Müəssisəsinin sabiq rəisi Nizami Nağıyevə, Salman Nəcəfova və Yadigar Qurbanova 8, Səlahəddin Şirinova 3 il 6 ay, Xəqani Həşimova 9 il müddətinə həbs cəzası, Vəli Vəliyevə, Elşad Quliyevə və Xəqani Nəbiyevə isə 3 il müddətinə şərti həbs cəzası təyin olunub.

Qeyd edək ki, təqsirləndirilənlərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 (mütəşəkkil dəstə tərəfindən özgəsinin əmlakının mənimsənilməsi), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvətalma) və 310.3 (vəzifə saxtakarlığı) maddələri irəli sürülmüşdü.

Xəbər lenti

Xəbər lenti