...

Azərbaycanın otüstü xokkey üzrə gənclərdən ibarət yığması "Challenge" divizionunun yarımfinalına çıxıb

Cəmiyyət Materials 25 İyul 2006 18:50 (UTC +04:00)

Azərbaycanın otüstü xokkey üzrə gənclərdən ibarət yığması Litvada Avropa birinciliyinin seçim turniri olan "Challenge" divizionunun yarımfinalına çıxıb.

Trend in xəbər verdiyi kimi, istirahətdən sonra Feyzulla Rəhimbəyovun yetirmələri üçüncü turda meydan sahiblərinə 2:1 hesabı ilə qalib gəlib. Artıq birinci taymda qonaqlar rəqibin qapısından bir top keçirib, bundan sonra isə görüşü qalibiyyətlə başa vurublar.

Beləliklə, üç turdan sonra məğlubiyyəti olmayan komanda ikinci yerdə gedən Ukraynanı üç xal qabaqlayaraq, doqquz xal yığıb. Bu, yerli xokkeyçilərin vəsiqə qazanmasına imkan yaradıb və ona görə də Ukrayna ilə son qarşılaşma turnirin nöqteyi-nəzərindən onlar üçün heç bir əhəmiyyət kəsb etməyəcək.

Xəbər lenti

Xəbər lenti