...

Qafqaz müsəlmanları idarəsi bayram iftarını təşkil edir

Cəmiyyət Materials 20 Oktyabr 2006 12:34 (UTC +04:00)

Oktyabrın 20-də Qafqaz müsəlmanları idarəsi (QMİ) müsəlmanların müqəddəs Ramazan ayının başa çatması ilə əlaqədar bayram iftarı təşkil edəcək. Bu barədə Trend ə İdarədən məlumat verilib.

İftara rəsmi şəxslər, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub.

QMİ-dən verilən məlumata görə, Ramazan ayının başa çatması ilə bağlı oktyabrın 23-də ölkənin əsas məscidlərində bayram namazı qılınacaq.

Bu il Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda Ramazan ayı iki gün - oktyabrın 23 və 24-də qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti