...

AŞ PA-nın həmməruzəçiləri Fərhad Əliyevin vəkili ilə görüşüblər

Cəmiyyət Materials 30 Oktyabr 2006 16:04 (UTC +04:00)

Oktyabrın 30-da Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Herkel və Toni Lloyd keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hüquqlarını müdafiə komitəsinin rəhbəri Cəmil Həsənli və vəkili Elton Quliyevlə görüşüblər. Bu barədə Trend ə müdafiə komitəsinin rəhbəri, millət vəkili Cəmil Həsənli məlumat verib.

Görüşdə həmməruzəçilərə Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında istintaq altında saxlanılan Fərhad Əliyevin və onun qardaşı "Azpetrol"un keçmiş prezidenti Rafiq Əliyevin həbsi barədə ətraflı məlumat verilib. Həm komitə sədri, həm də vəkil keçmiş iqtisadi inkişaf nazirinin sağlamlıq durumunda problemlərin olduğunu, lakin müalicə ala bilmədiyini qeyd ediblər.

Həmməruzəçilər isə bildiriblər ki, oktyabrın 31-də Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşəcəklər . Görüş zamanı Fərhad Əliyevlə Rafiq Əliyevin vəziyyətini yerində öyrənmək məqsədilə hər ikisi ilə görüşmək üçün nazirdən icazə almağa çalışacaqlar. Əgər razılıq əldə olunarsa, hər iki şəxslə görüş baş tuta bilər.

Xəbər lenti

Xəbər lenti