...

Azərbaycan Ekologiya Nazirliyinin nümayəndələri qanunsuz ceyran ovu ilə məşğul olan şəxsi yaxalayıb

Cəmiyyət Materials 30 Oktyabr 2006 18:35 (UTC +04:00)

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri qanunsuz ceyran ovu ilə məşğul olan R.İsgəndərovu yaxalayıblar. Trend Ekologiya Nazirliyinə istinadən xəbər verir ki, saxlanmış şəxsdə 3 ədəd baş-ayağı kəsilərək, qarnı küt alətlə yırtılmış ceyran cəsədi, ov tüfəngi, güllələr və boş giliz aşkar edilib. Saxlanılan şəxs Salyan rayon Polis Şöbəsinə təhvil verilib.

Ətraf mühitə dəymiş ziyan 4950 AZN məbləğində müəyyən edilib. İsgəndərov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsini pozduğuna görə, şərti maliyyə vahidinin 15 misli həcmində cərimə edilib və cərimənin məcburi ödənilməsi barədə müvafiq qərar qəbul olunub. Faktla bağlı Salyan rayon Polis Şöbəsində təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti