...

Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası BMT-nin Kanada Təşkilatları Şuraşına üzv seçilib

Cəmiyyət Materials 30 Noyabr 2006 17:42 (UTC +04:00)

Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası (KAƏA) BMT-nin Kanada Təşkilatları Şuraşına üzv seçilib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, BMT-nin Kanada Təşkilatları Şurası 1946-ci ildən fəaliyyət göstərir. Şuraya əsasən beynəlxalq təşkilatlar - UNİCEF-in Kanada ofisi, Kanadanın Beynəlxalq Sağlamlıq Cəmiyyəti, Kanadanın Gənclər Şurası, Kanadanın Qırmızı Xaç Cəmiyyəti və bu kimi digər təşkilatlar üzvdürlər.

Şuraya üzvlük nəticəsində KAƏA Beynəlxalq Sağlamlıq Cəmiyyəti, Qırmızı Xaç Cəmiyyəti, UNİCEF təşkilatı və Kanadanın Gənclər Şurası kimi beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq imkanı əldə edəcək. Eyni zamanda KAƏA BMT-də müzakirə olunan bütün mühüm məsələlərlə əlaqədar veriləcək birgə bəyanatların hazırlanmasında iştirak edəcək.

Bundan əlavə, Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası Şuraya üzv olmaqla BMT-nın Kanada Təşkilatları tərəfindən hər il təşkil olunan Forumda istirak etmək, BMT-Kanada Şurasının xüsusi tədbirlərinə və habelə illik Baş Toplantısına qatılmaq, BMT-Kanada informasiya şəbəkəsinə giriş və başqa bu kimi imkanlardan yararlana biləcək.

Assosiasiyanın prezidenti, Makmaster Universitetinin professoru Ilham Axundovun sözlərinə görə, bu yeni imkanlar Assosiasiya tərəfindən Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan Dövlətinin xarici siyasətinin prioritet istiqamətlərinin müdafiəsi üçün istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti