...

Azərbaycanın tanınmış aliminin 100 illik yubileyi üçün elmi məqalələr toplusu çap olunub

Cəmiyyət Materials 12 Dekabr 2006 17:03 (UTC +04:00)

Azərbaycanda anatomiya məktəbinin banisi, əməkdar elm xadimi, professor Kamil Balakişiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın elmi məqalələr toplusu çap olunub. Trend Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, topluya yalnız Azərbaycan alimlərinin deyil, həm də Rusiya və Gürcüstan alimlərinin də məqalələri üç dildə (azərbaycan, rus, ingilis) daxil edilib.

Konfransın təşkilat komitəsi və redaksiya heyətinin sədri - Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, əməkdar elm xadimi, akademik Əhliman Əmraslanov, sədr müavinləri - ATU-nun elmi işlər üzrə prorektoru, əməkdar elm xadimi, professor R.Məmmədhəsənov, ATU-nun tədris işləri üzrə prorektoru, əməkdar müəllim, professor S.Əliyev və ATU-nun insan anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru, əməkdar həkim, Rusiya Tibb Elmləri Akademiyasının akademiki I.Şadlinskidir.

Xəbər lenti

Xəbər lenti