Dövlətin kütləvi informasiya vasitələrinə dəstəyi, onlara müəyyən güzəştlərin verilməsi, ƏDV-dən azad olunma və ya onun azaldılması, dövlət qurumlarının reklamlarının paritetli yerləşdirilməsi və bir çox məsələlər Mətbuat Şurasının hazırladığı, bu sahənin ekspertlərinin və qəzetlərin baş redaktorlarının müzakirəsinə çıxarılmış Azərbaycanda KİV-in inkişafı üzrə Dövlət proqramı layihəsinə daxildir. Bu barədə Trend xəbər verir.
Ölkənin aparıcı iqtisadçı - ekspertlərindən biri İnqilab Əhmədov müzakirələr zamanı bildirib ki, Dövlət proqramı layihəsi hökumətin iqtisadi siyasətinin meyllərinə əsaslanmalıdır. Ekspert hesab edir ki, KİV-də ayrı-ayrı güzəştlərin tətbiqi cilalanmış şəkildə baş verməlidir.
Ekspertlər qrantların ayrılması, KİV-də reklam vergisinin azaldılması və s. üzrə təkliflərini yeni layihəyə təqdim ediblər.