...

Azərbaycanla Türkiyə arasında teleradio sahəsində əməkdaşlıq protokolu imzalandı

Cəmiyyət Materials 7 Aprel 2007 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin Radio-Televizyon Üstkurumunun başqanı Zahid Akman ilə Azərbaycanın Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhıərrəmli arasında Əməkdaşlıq Protokolu imzalandı. Şənbə günü Bakıda keçirilən toplantıda Azərbaycan və Türkiyənin Teleradio qurumlarının nümayəndələri iştirak ediblər.

Sənədin imzalanmasından sonra çıxış edən Z.Akman bildirib ki, belə birgə layihələr Azərbaycan-Türkiyə əlaqələrini daha da genişləndircək, əməkdaşlığı gücləndirəcək. N.Məhərrəmli çıxışında Teleradio Şurasının strukturu, fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.

Qeyd edib ki, Teleradio Şurası Azərbaycanda 6 ümumrespublika, 14 regional, 11 kabel televiziyasına lisenziya verib. Dövlət büdcəsindən maliyyələşən Şuranın illik büdcəsi 522 min manat (600 min dollara yaxın) təşkil edir. N.Məhııərrəmli Türkiyənin Radio Televizyon Üstkurumunun 14 illik təcrübəyə malik olduğunu, 1500 radio-televiziya qurumuna nəzarət etdiyini bildirib. Azərbaycanda 6, Türkiyədə isə 24 adda dünyaya yayımlanan kanal fəaliyyət göstərir.

Azərbaycanla Türkiyə arasında imzalanan protokol teleradio sahəsində əməkdaşlığı inkişaf etdirmək, qarşılıqlı yayımları, təcrübə mübadiləsini, yardımlaşmanı, qarşılıqlı səfərləri, birgə tədbirləri, kadr və məhsul mübadiləsini və digər məsələləri nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti