...

Azərbaycan Dövlət Neft Şirkətinin sabiq əməkdaşı Baş Prokurorluğu, Daxili İşlər Nazirliyini məhkəməyə verib

Cəmiyyət Materials 24 Aprel 2007 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Qəsdən adamöldürmə cinayəti üzrə bəraət alan Azərbaycan Dövlət Neft Şirkətinin Hərbiləşdirilmiş Mühafizə İdarəsinin sabiq əməkdaşi Nadir Ağabalayevin Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu, Bakı şəhər və Yasamal rayon prokurorluqları və Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəhbərliklərinə qarşı iddiası üzrə bu gün Yasamal rayon məhkəməsində hakim İsa İsmayılovun iddiası üzrə proses keçirilib. Vəkil Vüqar Xasayev çərşənbə axşamı Trend ə bildirib ki, iclasda iddia ərizəsinə bəzi əlavələr olunub. Vəkilin sözlərinə görə, ARDNŞ-in Mühafizə İdarəsi cavabdehlər siyahısından çıxarılıb, Maliyyə Nazirliyi isə cavabdeh kimi əlavə olunub. Bu səbəbdən də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsi ilə ittiham olunan Ağabalayev Yasamal rayon məhkəməsinə verdiyi iddiasında əsassız həbsində və qərəzli istintaqın aparılmasında təqsirkar şəxslərin vurulmuş maddi və mənəvi ziyana görə 200 min manat məbləğində kompensassiya ödəməsini tələb edir.

Ağabalayev barəsində Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə bəraət hökmü çıxarıb. Respublika Prokurorluğunun vəsatəti üzrə Apellyasiya və Ali Məhkəməsində araşdırma aparılıb və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xəbər lenti

Xəbər lenti