...

Azərbaycan Ordusu əsgərinin məhkəməsi keçirilib

Cəmiyyət Materials 30 Aprel 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ermənilər tərəfindən ötən ilin dekabrında əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayevin barəsindəki cinayət işi üzrə bu gün Ağır Cinayətlərə dair İşlər Üzrə Hərbi Məhkəmədə hakim Camal Ramazanovun sədrliyi ilə qapalı məhkəmə iclası keçirilib. Məhkəmədən bazar ertəsi Trend ə bildirilib ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Bundan sonra Qaracayev ifadə verib. O, elan olunan ittiham üzrə özünü təqsirli bilib. Prosesdə şahidlər ifadə verib. Növbəti məhkəmə prosesi mayın 8-də şahid ifadələri ilə davam etdiriləcək.

Qaracayev barəsində Hərbi Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) və 338.1-ci (döyüş növbəsi cəkmə qaydalarını pozma) maddələri ilə cinayət işi acılıb.

Balakən rayon Hərbi Komissarlığından ötən il hərbi xidmətə cağırılmış 1988-ci il təvəllüdlü Qaracayev Vüsal Məhəmməd oğlu dekabrın 7-də Ağdam ərazisində əsir düşüb. O, dekabrın 23-də əsirlikdən azad edilib.

Xəbər lenti

Xəbər lenti