...

Azərbaycanın bir qrup jurnalisti yürüşə hazırlaşır

Cəmiyyət Materials 1 May 2007 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Redaktorlar Birliyinin təşkilatçılığı ilə mayın 3-də keçiriləcək jurnalistlərin yürüşüylə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Bu barədə Redaktorlar Birliyinin üzvü, "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu məlumat verib.

Jurnalistlər "Gündəlik Azərbaycancan"-"Realnı Azerbaydjan" qəzetlərinin baş redaktou Eynulla Fətullayevin həbsinə, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılmamasına, qəzetlərə göstərilən təzyiqlərə, onların məhkəmələrə verilməsinə etiraz edirlər.

Xuduoğlunun sözlərinə görə, aksiya saat 12.00-da Mətbuat prospektində "Azərbaycan" nəşriyyatının qarşısından başlanacaq, mərhum jurnalist Hüseynovun məzarına qədər davam edəcək. Hüseynovun məzarının ziyarətindən sonra saat 15.30-da Beynəlxalq Mətbuat Mərkəzində 3 may - Ümumdünya söz azadlığı Günü ilə əlaqədar Dəyirmi masa keçiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, jurnalistlərin 3 may yürüşü ilə bağlı onlara müraciət daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti