...

Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali və Apellyasiya məhkəmələrinə qarşı iddia üzrə məhkəmə prosesi keçirilib

Cəmiyyət Materials 1 May 2007 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Yasamal rayon məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə bu gün hüquqşünaslar İntiqam Əliyev və Ənnağı Hacıbəylinin Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Apellyasiya Məhkəməsinə qarşı iddiası üzrə proses keçirilib. İddiaçılar ədalətli məhkəmə araşdırması, informasiya almaq, səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozuntusu ilə bağlı məhkəməyə müraciət ediblər. Bu barədə İntiqam Əliyev çərşənbə axşamı məlumat verib. MHŞ-nin məhkəmədəki nümayəndəsi bildirib ki, vətəndaşın müraciəti ilə hakim barəsində intizam icraatı yalnız vətəndaş korrupsiya ilə bağlı məlumat verdiyi halda başlanır.

Ali Məhkəmənin və Ədliyyə Nazirliyinin nümayəndələri isə qeyd edib ki, hakim barəsində xüsusi qərardad çıxarılanda həmin hakim haqqında intizam icraatı başlana bilər.

Sabah məhkəmə iddia ilə bağlı yekun qərar qəbul edəcək.İddianın qaldırılmasına əsas onların Vəkillər Kollegiyasına qarşı iddialarını qanunsuz olaraq qəbul etməkdən imtina edən Nəsimi rayon məhkəməsinin və Apellyasiya Məhkəməsinin hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müraciətlərinə cavabdehlərin baxmaqdan imtina etməsi olub. Əliyev və Hacıbəyli cavabdehlərin onların müraciətlərinə baxmaqdan imtinasının qanunsuz sayılmasını və həmçinin informasiya sorğularına cavab verməkdən imtina edən Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının üzərinə informasiya sorğularına cavab vermək vəzifəsinin qoyulmasını tələb edirlər.Əliyev və Hacıbəyli cavabdehlərin onların müraciətlərinə baxmaqdan imtinasının qanunsuz sayılmasını və həmçinin informasiya sorğularına cavab verməkdən imtina edən Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının üzərinə informasiya sorğularına cavab vermək vəzifəsinin qoyulmasını tələb edirlər.

Xəbər lenti

Xəbər lenti