...

Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkilinin məhkəməsi təxirə salındı

Cəmiyyət Materials 8 May 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Apellyasiya məhkəməsində hakim Şahin Yusifovun sədrliyi ilə bu gün Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi dəstə üzvlərinin işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmədən çərşənbə axşamı bildirilib ki, dövlət ittihamçısı Ramil İsmayılov digər prosesdə iştirak etdiyi üçün hazırlıq iclasının başqa vaxta təxirə salınması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və hazırlıq iclası mayın 15-nə təyin olunub. Hazırlıq iclasında təqsirləndirilənlərin iştirakının təmin edilməsi barədə vəkillər hakimə yazılı müraciət ediblər. Həmçinin prosesin geniş zalda keçirilməsinin təmin olunmasını xahiş ediblər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hacı Məmmədov (əmlakı müsadirə olunmaqla), Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilənlər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13, Ədalət Əsədullayev, Novruz Nuriyev 12, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyevə 8 il iş verilib. Aqil Hüseynov (2 il maddi məsuliyyətlə bağlı vəzifə tutmamaq şərti ilə) və Azər Əliyev 2 il şərti azadlıqdan məhrum edilib. İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün cərimə barəsindəki cinayət işinə xitam verilib

Xəbər lenti

Xəbər lenti