...

210 abituriyentdən 60-ı müsbət nəticə göstərib

Cəmiyyət Materials 14 May 2007 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may/müx.TrendLife Fərid Sadıxov/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Rusiyanın ali məktəblərinə qəbul imtahanları verən azərbaycanlı gənclərin əldə etdliyi nəticələri açıqlayıb.

Komissiyadan bildirilib ki, əvvəlcədən qeydiyyatdan keçən 226 abituriyentdən 16-sı imtahana gəlməyib.

Moskva Dövlət Beynəlxalq münasibətlər İnstitutuna imtahanlarda iştirak edən 33 abituriyentdən yalnız 10-u tələb olunan 500 balı toplayaraq müsabiqə şərtini ödəyə bilib.

Rusiyanın digər ali məktəblərində təhsil almaq istəyən 177 abituriyentdən isə 50-si tələb olunan 400 balı toplayaraq müsabiqə şərtini ödəyib.

Xəbər lenti

Xəbər lenti