...

Milli instrumental müsabiqə oyunu başa çatmaq üzrədir

Cəmiyyət Materials 17 May 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /müx.TrendLife Eldar Hüseynzadə/Əli Bayramlı şəhərində Milli instrumnental musiqi müsabiqəsi başa çatır. TrendLife-ın verdiyi məlumata görə, müsabiqənin təşkilatçısı Mədəniyyət və turizm Nazirliyidir.

Hazırda bitən tur çalğı alətlərinə həsr olunub. Müsabiqədə Azərbaycanın 52 rayonundan olan musiqiçilər iştirak edir. Sonuncu mərhələ isə Salyanda mayın 22-dən 26-na qədər keçiriləcək. Burada musiqiçilər çalğı, nəfəs və zərb alətlərində öz ustalıqlarını göstərəcəklər. Elə ordaca qaliblər elan olunacaq, qala konsert təşkil olunacaq.

Onu da qeyd edək ki, bu xalq çalğı alətləri üzrə 3-cü Ümumrespublika müsabiqəsidir. Jüri qismində Milli instrumental ansambılının bədii rəhbəri və dirijoru Ağaverdi Paşayev iştirak edəcək. Həmçinin jüridə Milli konservatoriyanın professoru Şəfiqə Eyvazova, xalq artisti, tarzən Möhlət Müslimov, kamança ustası Fəxrəddin Dadaşov və başqaları olacaqlar.

Xəbər lenti

Xəbər lenti