...

AŞPA Monitorinq Komitəsinin rəhbəri hesab edir ki, Azərbaycanda təcridxanalarda vəziyyət yaxşılaşıb

Cəmiyyət Materials 21 May 2007 17:08 (UTC +04:00)
AŞPA Monitorinq Komitəsinin rəhbəri hesab edir ki, Azərbaycanda təcridxanalarda vəziyyət yaxşılaşıb

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin rəhbəri Eduard Lintner bazar ertəsi Bakıda bəyan edib ki, Azərbaycanda təcridxanalarda vəziyyət yaxşılaşıb.

O qeyd edib ki, Monitorinq Komitəsinin nümayəndələri bu fikrə Azərbaycanda təcridxanalara şəxsən baş çəkərək gəlib.

Ölkədə bir türmə, 17 cəzaçəkmə müəssisəsi, 3 istitnaq izolyatoru, bir islahedici müəssisə, 15 məntəqə tipli müəssisə, 14 xüsusi müəssisə var.

Lintner qeyd edib ki, eyni zamanda şəxslərin saxlanılması səbəbləri öyrənilir və onların siyasi məhbus olmaları araşdırılır.

Bu planda o, əvf aktlarını müsbət qiymətləndirib. Azərbaycan prezidentinin 19 mart fərmanına əsasən, hakimiyyət, parlment və QHT nümayəndələrindən ibarət işçi qrup tərəfindən siyasi məhbuslar siyahısına salınmış 11 nəfər azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti