...

Qafqaz müsəlmanlarının Şeyxülislamı İranın özəl kanalını Azrərbaycanda dini qarşıdurmanı qızışdırmaqda ittiham edib (video)

Cəmiyyət Materials 29 May 2007 18:27 (UTC +04:00)
Qafqaz müsəlmanlarının Şeyxülislamı İranın özəl kanalını Azrərbaycanda dini qarşıdurmanı qızışdırmaqda ittiham edib (video)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Qafqaz Müsəlmanları İdarəsinin şeyxülislamı Hacı Allahşükür Paşazadə İranın "Kompas" özəl telekanalını Azərbaycanda dini qarşıdurmanı qızışdırmaqda ittiham edib. Şeyxülislam bildirib ki, kanal Azərbaycandakı dini vəziyyətlə bağlı tamaşaçılar arasında dezinformasiya yayır.

Qafqaz müsəlmanlarının dini lideri İran hakimiyyətini tədbir görməyə çağırıb. "Azərbaycanda dinlə bağlı məsələləri həll edən prezident və dini lider var",-deyə o qeyd edib.

Hacı Allahşükür Paşazadə İran vətəndaşlarını işğal olunmuş Azərbaycan torpaqlarına səfər etməkdən imtina etməyə çağırıb. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinə daxil olan məlumatlara əsasən, İrandan olan qadınlar işğal olunmuş Şuşa ərazisindəki məscidlərdə dini ayinləri yerinə yetirirlər.

Xəbər lenti

Xəbər lenti