...

"ÜNS" Teatrında Firəngiz Əlizadənin yaradıcılıq gecəsi keçiriləcək

Cəmiyyət Materials 1 İyun 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ İyunun 7-də dünya şöhrətli bəstəkar, Azərbaycan xalq artisti Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək. Bu haqda "TrendLife"a tədbirin keçiriləcəyi yer - "ÜNS" Teatrından məlumat veriblər. Tədbirdə muğam ustası Alim Qasımov da iştirak edəcək. Onu da qeyd edək ki, keçən həftə prezident İlham Əliyevin fərmanı ilə Firəngiz xanım "Şöhrət" ordeni ilə təltif edilib. Hazırda bəstəkar Opera və Balet Teatrında "İntizar" operası üzərində işləyir.

Xəbər lenti

Xəbər lenti